Mişustin: Rusiya dünya səviyyəli süni intellekt həlləri yaratmaq imkanına malikdir
NQNuray Qafarzadə

Rusiya Baş naziri Mixail Mişustin ölkəsinin dünya səviyyəli süni intellekt həlləri hazırlamaq üçün bütün zəruri resurslara malik olduğunu bildirib.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, Mişustin süni intellektin tətbiqi və tənzimlənməsinə həsr olunmuş strateji iclasda Rusiyanın böyük generativ modellərin yaradılması üçün, hətta açıq mənbəli komponentlərdən istifadə etmədən belə, tam texnoloji zəncirə malik olduğunu vurğulayıb.
Baş nazir, həmçinin süni intellekt modellərinin tətbiqinin sağlamlıq və vətəndaşların təhlükəsizliyi ilə bağlı qərarlarda fərqli qaydalarla tənzimlənməsinin vacibliyini qeyd edib.