“Barselona”nın futbolçusu: “Sabah”la bizi maraqlı oyun gözləyir
NQNuray Qafarzadə

“Barselona”nın futbolçusu Frenki de Yonq UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda Bakıda “Sabah”a qarşı keçirəcəkləri oyun öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Postxronika.az AZƏRTAC agentliyinə istinadən xəbər verir ki, futbolçu “Sabah”ın müdafiədən başlayan komanda olduğunu və qarşıda onları maraqlı oyunun gözlədiyini bildirib.