Kreml Ukrayna ilə bağlı danışıqlar və Putin-Tramp-Si Cinpin görüşünün nəticələrindən danışıb
NQ
Avropa İttifaqı liderləri Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların dördtərəfli formatda keçirilməsində israr etsələr də, Moskva bu formatın hansı əlavə fayda verəcəyini hələ müəyyənləşdirməyib.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən bildirib. O, həmçinin Əbu-Dabidə üçtərəfli danışıqların növbəti raundunun tarixinin hələ müəyyənləşdirilmədiyini qeyd edib.
Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Şençjendə Çin Sədri Si Cinpinə və ABŞ Prezidenti Donald Trampa Ukrayna münaqişəsinin nizamlanması və təhlükəsizlik zəmanətləri ilə bağlı heç bir sənəd təqdim etməyib.