Yeddi Aİ ölkəsi Rusiya və Belarus idmançılarına viza verilməməsini istəyir
NQNuray Qafarzadə

Avropa İttifaqının yeddi üzv dövləti Rusiya və Belarus idmançılarına giriş vizalarının verilməməsini, həmçinin bu ölkələrin vətəndaşları üçün viza qaydalarının sərtləşdirilməsini təklif edib.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, Danimarka, Latviya, Litva, Polşa, Finlandiya, İsveç və Estoniyanın rəhbərləri müvafiq müraciəti Avropa Komissiyasına ünvanlayıblar.
“Politico” nəşrinin məlumatına görə, ölkələr idmanla geosiyasətin bir-birindən ayrılmasının mümkün olmadığını bildirərək, Rusiya və Belarus idmançılarının, hətta neytral bayraq altında yarışanların da Avropaya giriş vizalarının məhdudlaşdırılmasını istəyiblər.