Elçin Mirzəbəyli: Dövlət bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin nəticəsidir
NQ
Milli Məclisin deputatı Elçin Mirzəbəyli üçrəngli Dövlət Bayrağının Azərbaycanın müstəqilliyini, milli kimliyini və suverenliyini təcəssüm etdirdiyini bildirib.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, deputat bayrağın 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edildiyini, 1990-cı il noyabrın 17-də isə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda yenidən dövlət rəmzi kimi qaldırıldığını xatırladıb. O, 1991-ci il fevralın 5-də üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı statusunu bərpa etdiyini qeyd edib.
Elçin Mirzəbəyli 2020-ci il Vətən müharibəsində qazanılan Qələbənin və 2023-cü ildə dövlət suverenliyinin bərpasının bayrağın tarixində mühüm mərhələlər olduğunu vurğulayıb. Deputatın sözlərinə görə, bayrağın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir.