İlham Əliyev: Zəfərimiz xalqımızın şanlı tarixidir
NQ
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını və Silahlı Qüvvələri təbrik edib.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı təbrikində 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini yad edərək, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi sayəsində tarixi Qələbənin əldə edildiyini bildirib.
Prezident qeyd edib ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 300-dən çox şəhər və kəndi işğaldan azad edib, noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini həll edib. O, həmçinin 2023-cü il sentyabrın 20-də Xankəndidə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu vurğulayıb.
Dövlət başçısı hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını, “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 97 min insanın həmin ərazilərdə yaşadığını, təhsil aldığını və çalışdığını diqqətə çatdırıb.
İlham Əliyev Azərbaycanın siyasi, iqtisadi və hərbi baxımdan güclü, müstəqil siyasət yürüdən dövlət olduğunu bildirərək, xalqı bir daha Zəfər Günü münasibətilə təbrik edib.