Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun rəmzidir
NQ
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov Dövlət Bayrağı Gününün xalqımızın milli birliyini, müstəqilliyini və dövlətçilik ənənələrini təcəssüm etdirdiyini bildirib
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Zəfər Qurbanov üçrəngli bayrağın 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında yenidən qaldırıldığını, 1991-ci il fevralın 5-də isə dövlət bayrağı kimi təsdiqləndiyini xatırladıb. O, Dövlət Bayrağı Meydanının yaradılmasını və noyabrın 9-nun Dövlət Bayrağı Günü elan edilməsini milli rəmzlərə ehtiramın mühüm göstəriciləri kimi qeyd edib.
Rektor vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə üçrəngli bayrağımızın dalğalanması xalqımız üçün böyük qürur mənbəyidir. Onun sözlərinə görə, bayrağa sevgi Vətənə sədaqətlə xidmət etmək və ölkənin inkişafına töhfə verməklə ifadə olunur.